Rednapp kuryoz hadisə ilə üzləşdi – Yenə qulağına görə
- 29 Okt 2019 12:21
- 623
Məşhur ingilis məşqçi Harri Rednappın başına iş gəlib.
Rekord.az xəbər verir ki, “BT Sport” telekanalının qonağı olan 72 yaşlı mütəxəssis qulaqlıqdan istifadə edərkən kuryoz hadisə ilə üzləşib.
O, qonağı olduğu veriliş bitəndən sonra qulaqlığı çıxarmaq istərkən bir hissəsi qırılaraq qulağında qalıb. Telekanal əməkdaşlarının onu çıxarmaq cəhdləri də faydasız qalıb. Nəticədə həkim yardımına ehtiyac duyan Rednapp xəstəxanaya aparılıb. Yalnız həkimlərin müdafiləsindən sonra onun qulağındakı cisim çıxarılıb.
Rednapp hadisə ilə bağlı yerli mətbuata açıqlamasında bunları söyləyib: “Qulaqlığı çıxarmaq istəyərkən o qırıldı və qulağımda qaldı. Uşaqlar onu çıxarmağa çalışsalar da, daha dərinə düşməsinə səbəb oldular. Beləcə, xəstəxanaya getməli oldum”.
Maraqlıdı ki, Rednapp ikinci dəfədi belə oxşar kuryoz hadisə ilə üzləşir. O, ötən il “I’m A Celebrity” realiti şousunda iştirak edərkən də qulağına çəyitkə girmişdi. Həmin vaxt da sözügedən məşqçini həkimlər xilas etmişdilər.
İngiltərə yığmasının sabiq üzvü məşqçilik karyerası ərzində “Bornmut”, “Vest Hem”, “Portsmut”, “Sauthempton”, “Tottenhem”, KPR, “Birmingem Siti” klublarını və İordaniya milli komandasını çalışdırıb.