Məlum olduğu kimi, son günlər mətbuatda Laurentsiu Regekampfın "Neftçi"dən ayrılmaq ehtimalı haqda xəbərlər dolaşır.

Rekord.az xəbər verir ki, rumın mütəxəssisin ölkəsininn millisini çalışdırmaq ehtimalı var.

İddia edilir ki, 47 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun namizədləri siyahısındadı.Yığmanın hazırkı baş məşqçisi Edvard Yordanesku istefaya göndərilsə, komanda 5 mütəxəssisdən birinə tapşırılacaq. Namizədlər George Haci, Viktor Pitsurka, Kosmin Olariu, Dan Petresku və Regekampfdı.

Lakin aldığımız son məlumata görə, məhz bu məsələ “Neftçi” rəhbərliyində ciddi narahatlıq yaradıb və onlar baş məşqçi ilə ciddi söhbət eliyib. Regekampf “Neftçi” rəhbərliyini əmin edib ki, o, klubdakı fəaliyyyətini davam etdirəcək və Rumıniya millisindən təklif gəlsə belə, geri çevirəcək.
 

Qeyd edək ki, mövsümün əvvəlindən "Neftçi"ni çalışdıran mütəxəssisin klubla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.