"Region Liqası"nda oynayan klub da ehtiyacı olanlara yardım etdi
- 15 Apr 2020 15:48
- 752
Karantin dönəmində bəzi elita klublarının imkansız ailələrə və yaşlı insanlara yardım etməsi ənənə halını alıb.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçilərinin bu nəcib təşəbbüsünə Region Liqasında çıxış edən klublar da qoşulublar.
Bir neçə gün öncə Mərkəz zonasında mübarizə aparan “Ağsu Siti” rəhbərliyinin rayon mərkəzində və kəndlərdə ehtiyacı olanlara ərzaq payladığını xəbər vermişdik.
Ağsululardan sonra liqanın daha bir təmsilçisi - Quba “Şahdağ”ı da eyni addımı atmağa qərar verib. Klubun prezidenti Xanbaba Daşdı başda olmaqla, rəsmilər və komandanın şərəfini qoruyan futbolçular Qubada ehtiyacı olan ailələrə baş çəkərək yardım ediblər.