Artıq neçənci ildir ki, “Region Liqası”nda çıxış edən komandalar ölkə kuboku yarışlarına buraxılmır.

Rekord.az xəbər verir ki, bir neçə komanda kubokda oynamaqla bağlı PFL-ə müraciət etsə də, onlara “yox” deyilib.

Həvıskarların qarşısını kəsən əsas nüasns isə kubokla bağlı əsasnamədə yer alan bənddi. Əsasnamədə qeyd olunur ki, ölkə kubokunda yalnız peşəkar status daşıyan klublar oynaya bilər. “Region Liqası” həvəskar liqa sayıldığı üçün orada oynayan komandalar kubok yarısışına buraxılmır.