Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya çempionatının yarımfinalında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Osasco"nun bu mərhələdəki rəqibi "Gerdau Minas" klubudur. 

Cütün ilk matçında qələbə qazanan voleybolçumuzun komandası bu dəfə də sevinən tərəf olub. Kifayət qədər gərgin keçən görüşdə Polina və rəfiqələri 3:2 (33:31, 23:25, 22:25, 30:28, 15:13) hesabı ilə qalib gəliblər. 

Bu qarşılşamada voleybolçumuz 11 dəfə fərqlənib. Rəhimova bu xallardan 10-u hücumda, 1-ni isə eyslə qazanıb. 

Qeyd edək ki, bu komandalar arasında növbəti yarımfinal oyunu aprelin 26-da baş tutacaq. Rəhimovanın komandası "Osasco" qalib gələcəyi təqdirdə finala yüksələcək.