Rəhimova FIVB-nin komissiyasına namizədliyini irəli sürdü
- 05 Yan 2021 13:16
- 760
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin sabiq üzvü Polina Rəhimova daha bir uğuru ilə yadda qalıb. "Rekord.az" xəbər verir ki, hazırda Braziliyanın "Sesi" klubunun şərəfini qoruyan təcrübəli hücumçumuz Beynəlxalq Voleybol Federasiyasının (FIVB) İdmançılar Komissiyasına namizəd olub.
Seçimlərdə ümumilikdə 16 namizəd iştirak edəcək. Yanvarın sonlarında baş tutacaq seçkinin yekununda 14 nəfər FIVB-nin yeni strukturuna daxil olacaq.
Qeyd edək ki, qurumun yeni strukturunun seçkiləri pandemiya səbəbindən onlayn formatda keçiriləcək.