Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti turun oyunları baş tutub. "Rekrod.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən sabiq üzvü Polina Rəhimovanın formasın geyindiyi "Kuzeyboru" 9-cu turda "Eczaçıbaşı"nın qonağı olub.

Hazırda turnir cədvəlinə vahid liderlik edən və çempionatın yeganə məğlubiyyətsiz komandası ilə görüş "Kuzeyboru" üçün uğursuz alınıb. Hücumçumuzun komandası ciddi müqavimət göstərsə də güclü rəqibindən xal ala bilməyib. 3 hissə davam edən qarşılaşmada Polina və rəfiqələri quru hesabla uduzublar - 0:3 (17:25, 23:25, 13:25). 

Aksaray təmsilçisinin xalsız qaldığı matçda milli voleybolçumuz əvəzetmə ilə oynayıb. Polina meydanda olduğu qısa müddətdə iki dəfə hücumda fərqlənib.