Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimova Vyetnam çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçumuz formasını geyindiyi Vyetnamın "Geleximco" klubu ilə çempionatda uğurlu çıxışını davam etdirir.

Voleybolçumuzun komandası son 17 ildə final oynayan və kifayət qədər güclü olan "BTL Thong Tin" klubunu 3:2 hesabı ilə məğlub edib. Oyunun ən məhsuldar oyunçucu isə 53 xalla Rəhimova olub. Bu qələbə ilə hücumçumuzun komandası ilk dörd pillədən birini sığortalayıb. "Geleximco" isə son 13 ildə 5-ci yerdən yüksək nəticə göstərə bilməyib. Polina və rəfiqələri finala çıxmaq şanslarını qoruyurlar. 

Bu qarşılaşma daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, Polina Rəhimova Vyetnamda hər çıxdığı görüşdə zalda Azərbaycan bayrağını asır. Komandanın azarkeşləri hər dəfə hücumçumuzun bu təşəbbüsünə dəstək olurlar. Son matçdan sonra isə komanda qələbə fotosu çəkdirərkən əllərində Azərbaycan bayrağını tutublar. Bu, Polina Rəhimovanın ilk belə qürurverici hərəkəti deyil. O, Vətən müharibəsi zamanı çıxış etdiyi Braziliya çempionatının oyunlarında da Azərbaycan bayrağını dalğalandırıb.

Qeyd edək ki, son dünya rekordunun sahibi Polina Rəhimova yeni mövsümdə Türkiyənin "Kuzeyboru" klubunun şərəfini qoruyacaq. Hücumçumuz Sultanlar Liqasında çıxış edəcək komanda bir müddət əvvəl müqavilə imzalayıb.