Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Polina Rəhimova növbəti uğura imza atıb. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçumuz Vyetnam çempionu adını qazanıb.

Rəhimovanın formasını geyindiyi "Geleximco" finalda "HC Hanoi" klubu ilə qarşılaşıb. Görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 3 hissə davam etmiş matçda Polina və rəfiqələri quru hesablı qələbə qazanmaqla Vyetnam çempionu adına sahib çıxıblar. Bununla da "Geleximco" 15 il sonra tarixində 2-ci dəfə ölkə çempionu olub.

Komandanın qələbəsində əsas pay sahibi olan Polina Rəhimova turnirin "Ən yaxşı hücumçu"su mükafatına layiq görülüb.