Rəhimovanın komandası "Fənərbaxça"ya qalib gəldi
- 26 Noy 2022 20:13
- 452
Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti tur start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimovanın şərəfini qoruduğu "Kuzeyboru" 8-ci tur çərçivəsində "Fənərbaxça" klubu qəbul edib.
Görüş gərginliyi ilə yadda qalıb. Favorit hesab olunan güclü rəqiblə qarşılaşmada tərəflər ardıcıl olaraq hərəyə iki set qazanmaqla oyunun taleyini tay-brekə daşıyıblar. Gərgin keçən həlledici hissədə meydan sahiblərini daha dəqiq olublar. 5 set davam edən matçda Polina və rəfiqələri 3:2 (27:29, 25:18, 20:25, 25:23, 19:17) hesablı mühüm qələbə qazanıblar.
Çempionluq uğrunda mübarizə aparan komanda üzərində qələbə qazanılan bu qarşılaşmada hücumçumuz əvəzetmə ilə oynayıb. Rəhimova meydanda olduğu müddətdə 3 dəfə fərqlənib. O, xalların hamısını hücumda qazanıb.