Rəhimovanın komandası turu məğlubiyyətlə başa vurdu
- 14 Yan 2023 22:08
- 378
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Polina Rəhimova Türkiyə çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Kuzeyboru" 14-cü turda "Qalatasaray"ın qonağı olub.
Səfər görüşü voleybolçumuzun komandası üçün pis başlayıb və Aksaray təmsilçisi 0:2 hesabı ilə geri düşüb. Polina və rəfiqələri növbəti seti öz aktivlərinə yazsalar da məğlubiyyətdən yaxa qurtara bilməyiblər. "Kuzeyboru" 4 hissə davam edən matçda 1:3 (14:25, 22:25, 25:21, 23:25) hesabı ilə məğlub olub.
Komandasının xalsız qaldığı qarşılaşmada milli voleybolçumuz əvəzetmə ilə oynayıb. Rəhimova meydanda olduğu müddətdə 2 dəfə fərqlənib. O, bu xallardan 1-ni hücumda, 1-ni isə blokda qazanıb.