Rəhimovanın komandası yenə uduzdu
- 19 Apr 2023 10:42
- 363
Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının sabiq üzvü Polina Rəhimova Türkiyə birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Kuzeyboru" 25-ci turda "Vakıfbank" klubu ilə üz-üzə gəlib.
Görüş çempionluğa əsas namizədlər sırasında olan "Vakıfbank"ın üstünlüyü ilə keçib. 3 set davam edən matçda Polina və rəfiqələri quru hesabla uduzublar - 0:3 (23:25, 15:25, 17:25).
Komandasının yenə xalsız qaldığı qarşılaşmada milli voleybolçumuz əvəzetmə ilə oynayıb. Rəhimova meydanda olduğu müddətdə biri hücumda, biri də eyslə olmaqla, ümumilikdə iki dəfə fərqlənib.