Rəhmanov erməniyə qalib gəldi, bürünc medal qazandı
- 23 Okt 2019 16:40
- 1190
Çinin Uhan şəhərində Hərbçilərin Dünya Oyunları davam edir.
Rekord.az xəbər verir ki, bu gün Mikayıl Rəhmanov (67 kq) güləşdə ilk medalımızı qazanıb.
Suriyalı Abdulkərim Əl-Həsən xalça üzərinə çıxmadığı üçün ilk mərhələdən azad olan həmyerlimiz 1/4 finalda fransız Mamadassa Silladan güclü olub - 8:0. Yarımfinalda dünya və ikiqat Avropa çempionu Artyom Surkovla qarşılaşan Rəhmanov Rusiya təmsilçisinə 1:3 hesabıyla uduzub. Mikayıl bürünc medal uğrunda görüşdə gənclər arasında son dünya çempionatının gümüş medalçısı Şant Xaçatryanla üz-üzə gəlib. Yunan-Roma güləşçimiz Ermənistan idmançısıyla prinsipial görüşdən 5:0 hesabıyla qalib ayrılaraq Dünya Oyunlarında üçüncü yeri tutub.
Qeyd edək ki, sərbəst güləşdə Mahir Əmiraslanov (57 kq) və Ağahüseyn Mustafayev (74 kq), qadın güləşində Tatyana Varansova (53 kq), eləcə də yunan-Roma güləşində Murad Bazarov (60 kq) mübarizəni medalsız başa vurub. Daha iki yunan-Roma güləşçimiz - Həsən Əliyevlə (77 kq) Rafiq Hüseynov (87 kq) isə oktyabrın 24-də xalça üzərinə çıxacaq.