"Rekord" turnirin qalibi oldu
- 10 Avq 2024 09:00
- 141
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun mini-futbol meydançasında “Narkotiklərə Yox Deyək” devizi altında “Sağlam həyat" layihəsi çərçivəsində 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında mini-futbol üzrə turnir təşkil edilib.
Rekord.az xəbər verir ki, turnirdə Sumqayıtın “Rekord” Futbol Klubunun komandası birinci, İOEUGİM-nin komandası ikinci, “Məhəllə Uşaqları” Futbol Klubunun komandası üçüncü yeri tutublar.
Qalib və mükafatçılar Regional İdarə tərəfindən diplomla təltif olunublar.