Rekord.az-ın redaktoru ilin idman jurnalisti seçildi
- 30 Dek 2023 22:37
- 376
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2023-cü ilin idman laureatlarının adlarını açıqlayıb.
Rekord.az xəbər verir ki, ilin idmançısı adına kişilərdə yunan-Roma güləşçisi Həsrət Cəfərov, qadınlarda isə karateçi İrina Zaretska layiq görülüblər.
Qaliblər arasında “Rekord.az"-ın redaktoru Anar Xanlarov da var. O, idman saytları arasında ilin ən yaxşı jurnalisti seçilib.
AİJA İdman Mükafatları – 2023
İlin idmançısı
Kişilər
1. Həsrət Cəfərov (yunan-Roma güləşi)
2. Zelim Kotsoyev (cüdo)
3. Nicat Abasov (şahmat)
Qadınlar
1. İrina Zaretska (karate)
2. Gültac Məmmədəliyeva (cüdo)
3. Zöhrə Ağamirova (bədii gimnastika)
İlin klubu
Kişi – “Qarabağ” FK
Qadın – “Neftçi” 3X3 basketbol klubu
İlin komandası
Kişi – yunan-Roma güləşi üzrə yığma komanda
Qadın – şahmat üzrə yığma komanda
İlin futbol məşqçisi – Qurban Qurbanov (“Qarabağ”)
İlin futbol kəşfi – Azər Bağırov (“Araz-Naxçıvan”)
İlin idman məşqçisi – Rüstəm Alimli (cüdo)
İlin idman kəşfi – Xədicə Qədəşova (cüdo)
İlin futbol hakimi – Əliyar Ağayev
İlin idman hakimi – Nazim Umbayev (cüdo)
İlin idman həkimi – Ramil Vəliyev (cüdo)
İlin idman hüquqşünası – Elcan Həsənli
İlin idman federasiyası – Azərbaycan Güləş Federasiyası
İlin idman layihəsi – “Qızlara ağ yaraşır” (Azərbaycan Cüdo Federasiyası)
İlin idman jurnalisti
Televiziya üzrə – Rəvan Mahmudzadə (“CBC Sport”)
Qəzetlər üzrə – Kənan Ağaliyev (Futbol+)
İdman saytları üzrə – Anar Xanlarov (Rekord.az)
İctimai-siyasi saytlar üzrə – Təbriz Quliyev (Report.az)
Xarici dilli media üzrə – Sahib Əsədbəyli (Azerisport.com)
İlin televiziya aparıcısı
Kişi – Nurlan Hacıyev (İdman TV)
Qadın – Fəridə Abdulla (İctimai TV)
İlin idman şərhçisi – Sənan Əliyev (basketbol)
İlin fotoreportyoru – Ehtiram Cəbiyev (Report.az)
İlin informasiya agentliyi – AzərTAC
İlin telekanalı – İctimai TV
İlin qəzeti – Futbol+
İlin saytı
İdman saytları üzrə – Offsideplus.az
İctimai-siyasi saytlar üzrə – Publika.az