Renatdan ilk oyunda qol, Coşqun və Vüsaldan…
- 12 Avq 2024 01:49
- 196
Türkiyə 1-ci liqasında ilk turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları da yeni mövsümdəki ilk matçlarına çıxıblar.
Renat Dadaşovun yenicə müqavilə bağladığı “Ankaragücü” doğma meydanda “Şanlıurfaspor”la qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib. Millimizin hücumçusu 67-ci dəqiqədə meydana buraxıldığı bu oyunun 77-ci dəqiqəsində komandasının ikinci qoluna imza atıb.
Millimizin digər üzvü Coşqun Diniyev də “Bandırmaspor”da debüt edib. Yarımmüdafiəçi bu oyunun 69-cu dəqiqəsində meydana buraxılıb. Komandası isə yekunda 3:2 hesablı qələbəyə sevinib.
Daha bir azərbaycanlı futbolçu – Vüsal İsgəndərli də “Boluspor”un evdə “İğdır”a 0:1 hesabıyla uduzduğu oyunun iştirakçısı olub. Vüsal 70-ci dəqiqədən etibarən oyuna qoşulub.