Azərbaycan millisinin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomyak” komandası Polşa çempionatında növbəti qələbəsini qazanıb.


Rekord.az xəbər verir ki, 26-cı turda "Korona" ilə qarşılaşan Radom təmsilçisi 3:1 hesablı səfər qələbəsinə sevinib.


64-cü dəqiqədə meydana buraxılmış Renat 67-ci dəqiqədə sarı vərəqə alıb, 90+4-cü dəqiqədə isə məhsuldar ötürmə müəllifi olub.


Rahilin adı isə iştirak ərizəsinə salınmayıb.


“Radomyak” hazırda ölkə çempionatında 34 xalla 9-cu sırada yer alıb.