Renatın baş məşqçisi qovuldu
- 16 Sen 2024 14:01
- 144
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun da çıxış etdiyi “Ankaragücü” baş məşqçisi Cihat Arslanla yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Ankaragücü” bu mövsüm Türkiyə 1-ci liqasında 5 oyunda 2 qələbə qazanıb, 3 dəfə uduzub. Komanda 6 xalla 13-cüdür. Cihat Arslan bu ilin iyul ayında komandaya baş məşqçi təyin edilmişdi.
Türkiyə mətbuatı "Ankaragücü"nün baş məşqçi vəzifəsinə iki əsas namizəd olduğunu yazıb. Bunlardan biri "Neftçi"nin sabiq çalışdırıcısı - ötən illərin tanınmış futbolçusu Adrian Mutu, digəri isə daha əvvəl də komandaya rəhbərlik etmiş Ömer Erdoğandır. Hər iki mütəxəssislə danışıqların davam etdiyi bildirilib.