
Renatın məhsuldar ötürməsi yetərsiz oldu
- 13 Apr 2025 10:23
- 68
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası "Radomyak" 28-ci tur çərçivəsində səfərdə "Rakov"la qarşılaşıb və 1:2 hesabıyla uduzub.
Start heyətində yer alan Renatın ötürməsi sayəsində "Radomyak" fasilədən sonra hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Dadaşov 76-cı dəqiqədə əvəzlənib. O, 45+1-ci dəqiqədə sarı vərəqə də alıb.
“Radomyak” hazırda 34 xalla 13-cü pillədə qərarlaşıb.