Renatla Həsən məğlubiyyətə üzüldü, Vüsal qələbəyə sevindi
- 25 Avq 2024 15:45
- 148
Türkiyə 1-ci liqasında 3-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları da növbəti matçlarına çıxıblar.
Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi “Ankaragücü” doğma meydanda “Ümraniyəspor”la üz-üzə gəlib.
Ankara təmsilçisinin 0:1 hesablı məğlubiyyətə üzüldüyü oyunda Renat ilk 45 dəqiqədə meydanda olub. Nəzərov isə qarşılaşmanın 86-cı dəqiqəsində meydana buraxılıb.
Vüsal İsgəndərlinin komandası “Boluspor” da bu turda “Erokspor”u qəbul edib. Üç qolluq qarşılaşma Bolu təmsilçisinin qələbəsiylə yekunlaşıb – 2:1. Vüsal 75-ci dəqiqədə meydana buraxılıb.
Hazırda “Boluspor” 4 xalla 7-ci, “Ankaragücü” isə 3 xalla 10-cu pillədə qərarlaşıb.