“Sabah” baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 14-cü turunda "Neftçi" İK ilə görüşdən sonra fikirlərini bildirib.

Rekord.az xəbər verir ki, o, yeni komandasındakı ilk məğlubiyyətini belə şərh edib:

“Rəqib layiqli qələbə qazandı. Oyun ərzində geridönüş etməyə çalışsaq da, real şanslarımız yox idi. "Neftçi" 3 xallıq atışlarda daha yaxşı idi. Faiz nisbətində bu göstəricidə rəqibdən çox geri qaldıq. Düşünürəm ki, rəqib fiziki cəhətdən daha hazırlıqlı idi. Təbii ki, məğlub olmaq xoş deyil. Lakin bu idmandır. Səhvlərimizi gördük. Üzərində işləyəcəyik. Qarşıda 3 həftəlik fasilə var. Bu müddətdən maksimum yararlanmağa çalışacağıq".