
Rəqibin başına təpik vuran qapıçıya 6 oyunluq cəza
- 08 Mar 2025 11:30
- 81
İngiltərə Futbol Assosiasiyası (FA) "Milluola" klubunun qapıçısı Liam Robertsi 6 oyunluq cəzalandırıb.
Rekord.az xəbər verir ki, bu barədə FA-nın mətbuat xidməti məlumat yayıb.
O, İngiltərə Kubokunun 1/8 final mərhələsində "Kristal Pelas"la oyunda (1:3) Jan-Filipp Matetanın başına təpiklə vurduğuna görə diskvalifikasiya edilib.
Qolkiperin bu hərəkətindən sonra rəqib hücumçu xəstəxanaya aparılıb və başına 25 tikiş qoyulub.