“Rəqibin ikinci qolundan sonra öz oyunumuza qayıtdıq” – Renduliç
- 31 Avq 2024 22:03
- 150
“Sabah” bu gün Azərbaycan Premyer Liqasının 5-ci turunda “Kəpəz”lə qarşılaşıb. Matç Gəncə klubunun ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda baş tutub.
rekord.az xəbər verir ki, 3:2 hesabı ilə qələbə qazanan Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliçin oyundan sonra mətbuat konfransı keçirilib. Xorvatiyalı çalışdırıcı matçın ikinci hissədə mükəmməl oyun sərgilədiklərini bildirib:
“Demək olar ki, rəqibin vurduğu ikinci qola qədər matça çox bərbad başladıq. İkinci qoldan sonra biz artıq öz oyunumuza qayıtdıq. İstədiyimiz kimi oynadıq. İkinci hissə isə mükəmməl oyun sərgilədik. İki fərqli hissə oldu. Birincisi bərbad, ikincisi isə mükəmməl idik. Futbolçularımı təbrik edirəm. Bu gün biz üç xala layiq idik.
Biz bilirdik rəqib necə oynayacaq və buna hazırlaşmışdıq. Amma önəmli olan odur ki, meydanda baş verənləri dəyərləndirmək olmur. Hansısa futbolçu digərini sığortalamırsa, belə hallar baş verir. Qarşıdakı oyuna belə rahat yanaşsaq, qələbə qazana bilmərik.
Qalibiyyətlər psixoloji cəhətdən daha yaxşılaşdırır. Bu, “Sabah”da da belədir, “Real”da da.
Komandam ilk hissəyə rahat çıxmışdı. Ona görə də, ilk 20 dəqiqəni bərbad keçirdik. İki qol buraxdıqdan sonra mükəmməl oyunumuzu göstərməyə başladıq. Həyatda da belədir, hansı məsələyə rahat yanaşırsansa, mütləq çətinlik çəkirsən. Müdafiəçilər oyuna daha çox köklənməlidir ki, belə hallar baş verməsin”.