“Rəqibin qırmızı vərəqə alması oyuna təsir etdi” - Qura
- 18 İyl 2024 23:24
- 200
"Şerif"in (Moldova) baş məşqçisi Yuri Qura Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Zirə" ilə cavab oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, ukraynalı mütəxəssis oyunun çətin keçdiyini bildirib:
“Çətin oyun oldu. Lotoreyalarda qalib gəldik. Rəqib komandanın qırmızı vərəqə alması oyuna təsir etdi. Lakin qol vurmaq üçün şanslarımız var idi və biz bundan istifadə etdik. Qırmızı vərəqə barədə danışmaq istəmirəm. Əsas odur ki, biz qalib gəldik”.