Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilk 10-luqda Azərbaycanın bir təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov 2767 xalla 9-cu pillədəki yerini qoruyub.

Teymur Rəcəbovun mövqeyində dəyişiklik olmayıb. 2753 xala malik 35 yaşlı qrossmeyster 14-cü sırada qərarlaşıb.

Qədir Hüseynov (2661) 3 pillə irəliləyərək 77-ci sıraya yüksəlib. Rauf Məmmədov isə (2656) 87-ci sıraya geriləyib.

Reytinqin ilk 3-lüyündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2 865 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2 804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2 799 xala malik çinli Dinq Liren 2-cidir.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2470) 24-cü, Gülnar Məmmədova (2387) 68-ci, Xanım Balacayeva isə (2376) 79-cu pilləyə irəliləyib.