"Sumqayıt"ın prezidenti Riad Rəfiyev yenə əsas işini-gücünü atıb millinin boş qalmış baş məşqçi postuna adam axtarır.

Rekord.az-a daxil olan məlumata görə, Rəfiyev bu yaxınlarda Xorvatiyanın paytaxtı Zaqrebdə Robert Prosineçki ilə görüşüb və AFFA-nın təklifini ona çatdırıb.

Əslində tərəflərin Türkiyədə daha bir görüşü də baş tutub. Rəfiyev xorvatiyalını dilə tutub Azərbaycana gəlməyə razı salmalıdır. Prosineçki buna razılıq versə məsələnin digər vacib məqamları Bakıda müzakirə olunacaq.