“Ribaundlarda rəqibin üstün olmasına icazə vermədik”
- 31 Yan 2025 22:36
- 25
"Çox gözəl bir görüşü qələbə ilə tamamladıq. Rəqibi də bu oyuna görə təbrik edirəm".
Rekord.az xəbər verir ki, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker "Sabah"la oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının 13-cü turunda qazanılan 67:59 hesablı qələbəni şərh edib:
"Biz çox yaxşı yox, yaxşı oynadıq deyə bilərəm. Bərabər oyun sərgilədik. Ən önəmlisi bu idi. 2-ci dəfə "Sərhədçi" oyunundan sonra tam bir komanda şəkilində mübarizə apardıq. Bu baxımdan da mövqeləri nəzarətdə saxlaya bildik. Rəqibimiz də olduqca çox atış qaçırdı. Biz yaxşı müdafiə olunduq, amma onlar boşluq tapa bilirdilər. Sadəcə atışları istədikləri kimi olmadı. Bu gün ən önəmli məqam ribaundlarda rəqibin üstün olmasına icazə vermədik. Bütün oyunçularıma mücadilə və qələbəyə görə təşəkkür edir, onları təbrik edirəm".
Qeyd edək ki, bu qələbə "Abşeron"u 3-cü pilləyə yüksəldib.