Riberi bu hərəkətinə görə ağır cəzalana bilər VİDEO
- 28 Okt 2019 15:44
- 891
"Fiorentina"nın yeni transferi Frank Riberini ağır cəza gözləyir.
Rekord.az xəbər verir ki, buna səbəb fransalı futbolçunun İtaliya A Seriyasının 9-cu turunun "Fiorentina" - "Latsio" qarşılaşması başa çatandan sonra görüşün baş hakimini itələməsi olub.
Paytaxt klubunun hücumçusu Çiro İmmobilenin 89-cu dəqiqədə vurduğu qələbə qolunun ədalətsiz olduğunu düşünən və hakimlərə sərt şəkildə etiraz edən 36 yaşlı futbolçuya Marko Quida birbaşa qırmızı vərəqə göstərib.
Qarşılaşma 2:1 hesabı ilə "Latsio"nun xeyrinə başa çatıb. Roma klubu 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.