Riçard Almeyda: "Nikosiyada Bakıdakından 3 dəfə yaxşı oynamalıyıq ki..." MÜSAHİBƏ
- 02 Noy 2019 12:00
- 771
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Premyer Liqanın X turunun "Qarabağ"la oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Hesab sizi razı saldı?
- Əsas rəqibimizə qarşı oynayırdıq. Əlbəttə, qələbə hamımızı daha məmnun edərdi. Amma 1 xal da pis deyil. Buradan qələbə ilə də ayrıla bilərdik. Qarşıda daha bir önəmli oyun var. Bütün diqqətimizi ona yönəltməliyik.
- Kənardan elə görünürdü ki, "Neftçi" ilə oynasaz da, sanki APOEL-lə matçı düşünürsüz. Deyəsən, indidən fikriniz həmin görüşdə idi...
- Xeyr, tamamilə bu görüşə köklənmişdik. İlk dəqiqələrdən də oyuna yaxşı başladıq. Düzdür, bəlkə ikinci hissədə təşəbbüsü əldən verdik. APOEL-lə görüşü sabahdan düşünməyə başlayacağıq.
- Fasilədə Qurban Qurbanov futbolçulara nə tapşırdı ki, ikinci hissədə fərqli "Qarabağ" gördük?
- İlk hisədə qurmaq cəhdlərimiz var idi. Ancaq "Neftçi" bizi yaxşı analiz etdiyindən, boşluqlar vermədi. Hücuma çıxmaqda çətinlik çəkirdik. Qeyri-adi heç nə baş verməyib. Bunlar futbolda olan şeylərdir.
- Əsas rəqibiniz sizə qarşı heç nə edə bilmədi. Düşünmək olarmı ki, çempion yenə "Qarabağ" olacaq?
- Hələ çempionatda çox oyun var. Yanvara qədər hər şey dəyişə bilər. Bütün bunları nəzərə almaq lazımdır. Düzdür, "Neftçi" əsas rəqibimizdir. Amma "Zirə" və "Səbail"ə də hörmətlə yanaşmaq lazımdır.
- APOEL-lə oyun haqda nə deyə bilərsiz?
- Motivasiyamız lazımı qədərdir. Nikosiyada Bakıdakından 3 dəfə yaxşı oynamalıyıq ki, istəyimizə nail olaq. Ümid edirəm ki, Allah zəhmətimizi yerdə qoymayacaq və bizi növbəti mərhələyə keçməklə mükafatlandıracaq.