Braziliyalı futbolçu Riçard Almeyda “Qarabağ”dan ayrılmağa hazırlaşır.

Rekord.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi “sports.kz” saytına müsahibəsində deyib.:

- Riçard, “Qarabağ”dan ayrılacağınla bağlı xəbərlər var.
- Bəli, elədi.

- “Astana”ya qayıdırsan?
- Biz “Astana” ilə razılaşdıq və müqaviləyə xitam verdik.

- Bu nə zaman baş verdi?
- 3-4 ay əvvəl.

- Özünə yeni klub tapmısan?
- Menecerim artıq bir neçə klubla danışıqlar aparıb, ancaq hələ qərar verməmişəm. İndi tətildəyəm. Bir neçə gündən sonra qərarımı verəcəm.

- Maraqlıdı, görəsən bu klublar arasında Qazaxıstan təmsilçiləri varmı?
- İndiyə qədər yox. Çünki hələ Qazaxıstandan heç bir klub mənim menecerimlə danışmayıb.

2019-cu ilin yanvarında “Qarabağ”a keçən Almeydanın müqaviləsi dekabrın 31-nə qədərdi. Braziliyalı yarımmüdafiəçi yanvarın 1-dən azad agent olacaq.