Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeydanın yeni klubu müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu qış “Qarabağ”la yollarını ayıran təcrübəli futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda davam etdirəcək. 

Artıq sözügedən klub sosial şəbəkə hesabında yarımmüdafiəçinin transferini rəsmən açıqlayıb. 31 yaşlı futbolçu yeni klubu ilə mövsümün sonuna kimi anlaşıb.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. 

"Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb.