Roberto Bordin: “Üstünlük rəqibdədi”
- 16 Dek 2019 20:30
- 1006
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Rekord.az xəbər verir ki, italiyalı mütəxəssis 0:1 hesabıyla uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Nəticə neqativdi. Oyun ürəyimi açmadı. İlk dəqiqələrdən qol vurmaq istəyirdik. Daha az risk etməliydik. Bilirdik ki, rəqib müdafiəyə meylli olacaq. 5 müdafiəçi ilə oynadılar. İlk hissədə çox qol imkanımız olmadı. Çünki rəqib çox qapanmışdı. İkinci hissə imkanlarımız çox oldu. Tural Axundovun epizodunda hesabı bərabərləşdirə bilərdik. Səhvimiz ondan ibarət idi ki, futbolçular tələsirdi, çox səbrsiz davranırdılar. Tələskənlikdən narazı qaldım. İkinci hissə buna görə qapımızda qol görə bilərdik. Oyunçular çox səbrsiz davranırdılar. Səbrli olduqda, topa nəzarət edəndə rəqibə çətinlik yarada bilirdik. Üstünlük rəqibdədi. Səfərdə qalib gəliblər. Bu oyuna nəzər yetirdikdə bəzi məqamlar var ki, hər oyunçu üçün dərs olmalı, ondan nəticə çıxarmalıdılar. Bu oyunda qol imkanları dəyərləndirə bilmədilər deyə, növbəti oyunda cüzi imkanları da dəyərləndirməlidilər”.