Xorvat mütəxəssis İvan Yuriç “Roma”nın yeni baş məşqçisi təyin olunub.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xorvat məşqçinin “canavarlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər davam edəcək.

Vurğulanır ki, “Roma” Çempionlar Liqasına qatılacağı təqdirdə müqavilənin müddətinin dərhal uzadılması da mümkündür.

Yuriç bu postda istefaya göndərilən Daniele De Rossini əvəz edib.