Roman Bezyak: “Bu, bizim oyunumuza təsir etməyəcək”
- 23 Okt 2019 20:00
- 867
Kiprin APOEL klubunun futbolçusu Roman Bezyak Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la qarşılaşacaqları oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Rekord.az xəbər verir ki, sloveniyalı oyunçu media nümayəndələrinin suallarını cavanlandırıb:
- Avqsutda etdiyinizi təkrar etməyə hazırsızmı?
- Qrupda 0 xalımız var. Bu oyunda qələbə qazanmaq bizim üçün çox vacibdi. Çalışacağıq ki, eynisini təkrarlayaq.
- “Qarabağ”dan qorxduğunuz nədi?
- Düşünmürəm ki, nədənsə çəkinməliyik. Bir dəfə rəqibi məğlub etmişiq. Biz öz oyunumuza köklənmişik. Birlikdə oyunumuzu oynayıb, qələbə qazanmalıyıq.
- APOEL öz meydanında “Düdelanj”a məğlub oldu, “Qarabağ” isə bu komandanı səfərdə məğlub etdi…
- Bu nəticələr araxada qaldı. İndi bunun önəmi yoxdu.
- Sabah stadionda anşlaq olacaq. “Qarabağ”ın azarkeşlərlə birlikdə qisas almaq istəyi sizi tədirgin etmir?
- Bu, onların öz problemidi. Hansı ki, nəyinsə qisasını almaq istəyirlər və ya yox. Stadionun dolu olması futbolun həyəcanıdı. Bu, bizim oyunumuza təsir etməyəcək. (komanda.az)