Milli Paralimpiya Komitəsinin üzgüçülük növü üzrə milli komandasının üzvü, Tokio 2020 Yay Paralimpiya Oyunlarının 3 qat qalibi Roman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatınının qızıl medalını qazanıb.

Rekord.az xəbər verir ki, o, 50 metrəyə sərbəst üsulla üzmədə 24.18 nəticə göstərib.

Daha öncəki keçirilmiş yarışlarda Roman Saley 2 gümüş medal qazanmışdı.