
“Roma”nın baş məşqçisi cərimələndi
- 15:40
- 41
UEFA "Roma"nın baş məşqçisi Klaudio Ranyerini hakimləri tənqid etdiyinə görə cərimələyib.
Rekord.az "Football Italia”ya istinadən xəbər verir ki, bu, Avropa Liqasının “Portu” ilə pley-off mərhələsinin ilk oyunundan (1:1) sonra baş verib.
Matçdan sonra paytaxt klubunun baş məşqçisi hakimin rəqibə simpatiya göstərdiyini iddia edib. O, həmçinin 2023-cü ildə keçirilmiş Avropa Liqasının finalına Entoni Teylorun təyin olunmasını əsas gətirərək, UEFA Hakimlər Komitəsinin rəhbəri Roberto Rozettini tənqid edib. Sözügedən final matçında "Roma" "Sevilya"ya oyunsonrası (1:1) penaltilər seriyasında 1:4 hesabı ilə uduzub.
Beləliklə, Ranyeri 20 min avro cərimələnib. Klub həmçinin baş məşqçinin komandaya uyğun olmayan davranışına görə əlavə 11 min avro xərcə düşüb.