Ronaldinyo saxlanıldı
- 05 Mar 2020 17:41
- 837
Braziliya millisinin sabiq üzvü Ronaldinyo saxlanılıb.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi Paraqvaya getmək üçün saxta pasportdan istifadə etməkdə şübhəli bilinir.
Dünən polis Ronaldinyonun qaldığı oteldə axtarış aparıb və onun adına olan saxta pasport tapıb. Ronaldinyonun bu gün prokurorluqda ifadə verəcəyi bildirilir.
Ronaldinyo borcları səbəbindən 2018-ci ildə pasportundan məhrum edilmiş və ölkədən çıxışına qadağa qoyulmuşdu.
Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə bitirib. 2003-2008-ci illərdə “Barselona”da çıxış etmiş “sambaçı”, 97 dəfə də Braziliya millisinin uğurları üçün çalışıb.