Ronaldinyo xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşdü
- 13 Noy 2024 18:30
- 80
Braziliya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Ronaldinyo Qauço "Dəniz Mall" ticarət mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirib.
Rekord.az Oxu.az-a istinadən xəbər verir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi və 1 saylı Əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefisiarları ilə görüşüb, onlara hədiyyələr təqdim edib və şəkil çəkdirib.
2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olmuş oyunçu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə dünən axşam saatlarında Azərbaycana gəlib.