“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Liqasının 16-cı turunun “Ər-Riyad”la oyununda iştirak edib.

Rekord.az xəbər verir ki, bu, onun peşəkar karyerasında 1200-cü oyunu olub. 

Ulduz futbolçunun komandası bu oyunda 4:1 hesablı qələbəyə sevinib. Portuqaliyalı forvard matçdan sonra sevincini sosial şəbəkə hesabında bölüşüb:

“Daha üç xal. 1200-ə çatmağımda kömək edən bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Əla yol, amma hələ qurtarmamışıq”.

38 yaşlı futbolçu bu oyunda qol vurmaqla yanaşı, Otavioya ikinci qol üçün məhsuldar ötürmə də verib. Anderson Taliska “Əl-Nəsr”ın heyətində dubla imza atıb.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci yeri tutur. Luis Kastronun komandası 16 oyundan sonra 37 xala malikdir.