
Ronaldo daha bir ilki gerçəkləşdirdi
- 24 Mar 2025 16:00
- 78
Portuqaliya yığmasının üzvü Kristiano Ronaldo millidə ardıcıl 22 il qol vuran yeganə oyunçu kimi futbol tarixinə düşüb.
Rekord.az xəbər verir ki, 40 yaşlı hücumçu bunu ötən gün UEFA Millətlər Liqasının 1/4 finalında Portuqaliyanın Danimarkaya qarşı cavab matçında həyata keçirib.
Hücumçu görüşün 6 və 72-ci dəqiqələrində fərqlənib. Bu oyundan sonra Ronaldo karyerası ərzində vurduğu qolların sayını 929-a çatdırıb. O, Portuqaliya millisində 136 dəfə fərqlənib.
Əlavə vaxta qədər uzanan qarşılaşma Portuqaliya yığmasının 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.