Kristiano Ronaldo karyerasında 934-cü qolunu vurub.


Rekord.az xəbər verir ki, portuqaliyalı futbolçu “Əl-Nəsr”in Asiya Çempionlar Liqasının 1/4 finalında “Yokohama F. Marinos”a 4:1 hesabı ilə qalib gəldiyi oyunda fərqlənib.


Ronaldo bu mövsüm vurduğu qolların sayını 33-ə çatdırıb.


"Əl-Nəsr"in yarımfinaldakı rəqibi "Kavasaki Frontale" (Yaponiya) və "Əl-Sədd" (Qətər) komandalarından biri olacaq.