Ronaldodan yeni rekord
- 07 Noy 2019 12:41
- 854
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kristiano Ronaldo Çempionlar Liqasında daha bir rekorda şərik olub.
Rekord.az xəbər verir ki, portuqaliyalı hücumçu “Lokomotiv”lə Rusiya paytaxtı Moskvadakı matçda meydana çıxmaqla avrokuboklarda 174-cü oyununu keçirib.
Bununla da Ronaldo qitəmiqyaslı klub turnirlərində ən çox qarşılaşma keçirən sahə oyunçusu Paolo Maldiniyə çatıb. “Milan”ın sabiq müdafiəçisi də 174 avrokubok matçının iştirakçısı olub.
Matç sayında bu iki futbolçu yalnız qapıçı İker Kasilyasdan geri qalır. İspan qolkiperin hesabında 188 qarşılaşma var.
Qeyd edək ki, Ronaldo dörd klubun – “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un heyətində üç turnirdə oynayıb. O, Çempionlar Liqası, UEFA kuboku və UEFA Superkuboku həyəcanı yaşayıb.