Azərbaycan triatlonçusu Rostislav Pevtsov Polşanın Jеşuv şəhərində keçirilən Avropa kubokunda 4-cü olub.

Rekord.az xəbər verir ki, idmançimiz 62 triatlonçunun mübarizə apardığı yarışı 55 dəqiqə 53 saniyəlik nəticə ilə başa vurub.

Pevtsov 750 metrlik su məsafəsini 9 dəqiqə 18 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 30 dəqiqə 23 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını təmsilçimiz 15 dəqiqə 11 saniyə nəticə ilə tamamlayıb.