Rumıniya paytaxtı Buxarestdə Avro-2020-nin final mərhələsinin püşkatma mərasimindən sonra AFFA prezidenti Rövnəq Abdullayev Türkiyə Futbol Federasiyası rəhbəri Nihat Özdəmirlə görüşüb.

Rekord.az xəbər verir ki, AFFA rəhbəri türklərə mötəbər yarışda çempionluq arzulayıb.

Xatırladaq ki, “A” qrupunun Bakıda keçiriləcək oyunlarında Türkiyə Uels və İsveçrə yığmalarıyla qarşılaşacaq.