Gəncəli futbol veteranları bir müddətdir ki, AFFA prezidenti Rövşən Nəcəflə görüşmək istəyir.

Rekord.az xəbər verir ki, onlar hətta bunun üçün federasiya prezidentinə məktub da ünvanlamışdı.

Lakun Nəcəf hələ də onları qəbul etməyib. Federasiyadan buna səbəb kimi, AFFA prezidentinin işlərinin çoxluğu göstərilib.

Qeyd edək ki, veteranların əsas tələbi "Kəpəz" prezidenti İlqar Nadirlinin istefasıdır.