Rudi Qarsiya rəsmən Lion “Olimpik”ində
- 14 Okt 2019 19:48
- 904
Fransanın “Olimpik” (Lion) klubunun yeni baş məşqçisi məlum olub.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı Rudi Qarsiyaya tapşırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma tərəflər arasında imzalanan müqavilənin müddəti açıqlanmayıb. Fransa mətbuatı isə 55 yaşlı mütəxəssisin 2 illik müqaviləyə imza atdığını yazıb.
Baş məşqçi karyerası ərzində “Sent Etyen”, “Lill”, “Roma” kimi komandaları çalışdıran Qarsiyanın son iş yeri Marsel “Olimpik”i olub.
Cari mövsümdə keçirdiyi 11 rəsmi oyundan cəmi 3-də qələbə qazanan, son 7 çempionat oyununda qələbəyə həsrət qalan Lion “Olimpik”ində bir müddət əvvəl baş məşqçi Silvinyo istefaya göndərilmişdi. Sözügedən komanda hazırda 12 xalla 14-cü pillədə qərarlaşıb.