Rüfət Dadaşov Bəhreynə vurduğu qolu şərh etdi
- 12 Okt 2019 19:00
- 763
Bəhreyn - Azərbaycan (2:3) yoxlama görüşündə millimizin ilk qolunu vuran Rüfət Dadaşov Almaniya mətbuatına danışıb.
Rekord.az xəbər verir ki, "Bild"-ə açıqlama verən forvard altı ildən sonra yığmada qol vurduğuna görə xoşbəxt olduğunu söyləyib.
O, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstana qarşı keçiriləcək oyun barədə də fikirlərini bildirib: "Uzun müddət sonra Azərbaycan millisində qol vurduğuma görə şadam. Ümid edirəm ki, Macarıstanla görüşdə də oynamaq imkanı qazanacam".