Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Feniks Rizinq” klubu “Visit Tucson Sun Cup” turnirində növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Arizona təmsilçisi “Sportinq Kanzas Siti” klubu ilə qarşılaşıb. Görüş “Feniks Rizinq”in 2:1 hesablı qələbəsiylə başa çatıb.

Rüfət Dadaşov da bu görüşün iştirakçısı olub. 28 yaşlı hücumçu 73-cü dəqiqədə meydana çıxıb.

Rüfət qış transfer pəncərəsi dövründə Almaniyanın “Proyssen” klubundan “Feniks Rizinq”ə keçib.