Rüfətin çıxış etdiyi çempionat 30 günlük dayandırıldı
- 13 Mar 2020 11:19
- 588
ABŞ-ın MLS və USL liqalarının oyunları təxirə salınıb.
Rekord.az xəbər verir ki, liqaların rəhbərliyi koronavirus epidemiyasına görə oyunların ən azı 30 gün müddətinə dayandırıldığını açıqlayıb.
Xatırladaq ki, millimizin hücumçusu Rüfət Dadaşov USL-də mübarizə aparan "Finiks Rayzinq"də çıxış edir. O, komandası ilə ilk rəsmi debüt matçında het-trik edərək USL-də həftənin ən yaxşı oyunçusu seçilmişdi.