İngiltərənin "Bornmut" və Ukrayna milli komandasının müdafiəçisi İlya Zabarnı PSJ-yə keçməkdən imtina edib.


Rekord.az xəbər verir ki, bu barədə "Ekip" nəşrinin jurnalisti Lui Tanzi sosial şəbəkədə yazıb.


Bildirilib ki, 22 yaşlı futbolçunun bu qərarı verməsinə parislilərin heyətində rusiyalı Matvey Safonovun çıxış etməsi səbəb olub.


Mənbənin məlumatına görə, PSJ-nin baş məşqçisi Luis Enrike şəxsən Zabarnının transferini istəyib. Lakin ukraynalı rusiyalı ilə eyni komandada oynamaq istəmir.


Əvvəllər Zabarnı Rusiyanın Ukrayna hərbi müdaxiləsini pisləyən fikirlər səsləndirib.